...

Geomaqnit qasırğası olacaq

Cəmiyyət Materials 27 Yanvar 2025 12:29 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 24-də baş vermiş TKA və 26-da qeyd olunan filamentin təsiri nəticəsində enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələ bilər.

Trend xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinədək yüksəlməsi ehtimalı var.

Günəş küləyinin filamentin təsiri olarsa, 29 yanvarda sürətlənəcəyi ehtimal olunur.

Geomaqnit sahəsi 29 yanvarda filamentin təsiri ola bilər. Yüksək Sürətli Tac Dəliyi Axınlarınının isə 31 yanvarda geoeffektiv olacağı gözlənilir və G1( zəif) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti