...

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 180 mütəxəssis hazırlayıb, onların 76%-i artıq işlə təmin olunub

Cəmiyyət Materials 30 Yanvar 2025 12:37 (UTC +04:00)
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 180 mütəxəssis hazırlayıb, onların 76%-i artıq işlə təmin olunub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycanın Kibertəhlükəsizlik Mərkəzinin öncəki üç tədris proqramından 180 tələbə məzun olub və onların 76 faizi artıq işlə təmin olunub.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanov “Azərbaycan Kibertəhlükəsizlik mərkəzinin Buraxılış günü” adlı tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

“Ölkəmizin sosial-iqtisadi inkişafı siyasəti çərçivəsində rəqəmsal inkişafa yönəlmiş bir sıra vacib tədbirlər keçirilir. Vacib qanunverici aktlar qəbul olunur, strateji təşəbbüslər və proqramlar təsdiqlənir, həmçinin vətəndaş cəmiyyətinin, sosial və biznes sektorun rəqəmsal savadlılığının artırılması, həmçinin rəqəmsallaşdırma proseslərinin sürətləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”, - deyə o bildirib.

Osmanovun sözlərinə görə, Azərbaycanda rəqəmsal inkişafın artması fonunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı məsələlər daha da aktuallaşır.

“Hal-hazırda öz tədris proqramlarını gerçəkləşdirən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bildirmək istəyirəm ki, ötən üç tədris proqramında 180 tələbə məzun olub və onların 76 faizi artıq işlə təmin olunub. Dördüncü proqramda isə 100 tələbə məzun olacaq. Vurğulamaq vacibdir ki, Azərbaycan Respublikasının Prezidentinin təsdiqlədiyi rəqəmsal inkişaf konsepsiyası, eləcə də informasiya və kibertəhlükəsizliyin inkişafına yönəlmiş strategiyalar çərçivəsində bu sahədə ixtisaslı kadrların hazırlanması, səriştəli və peşəkar insan kapitalının formalaşdırılması, eləcə də onların müvafiq iş yerləri ilə təmin olunması istiqamətində addımlar atılır. Bu baxımdan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi bu sahədə aktiv fəaliyyətini davam etdirir", – F.Osmanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti