Zəngilan. Trend:
2023-cü il sentyabr ayında keçirilən anti-terror tədbirlərindən sonra azad edilən ərazilərdə hal-hazırda "Azərişıq"ın işləri davam edir.
Trend xəbər verir ki, bunu bu gün Zəngilanda media nümayəndələri üçün keçirilən brifinqdə "Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.
O qeyd edib ki, həmin ərazilərdə mövcud olan yarımstansiyaların bərpası işləri aparılır.
“Xocalı şəhərində yeni yarımstansiyaların tikintisi işləri yekunlaşmaq üzrədir.
Xankəndi şəhərinin Baş Planı hazırlanır. Ona uyğun bizim layihə və sxemlərimiz hazırlanır. O işlərin icrasına da yaxın günlərdə başlanılmalıdır.
Xankəndi ərazisində şəbəkə köhnə şəbəkədir. Demək olar ki, istifadəyə yararsızdır. Həmin ərazilərdə paylayıcı şəbəkələrin iki güc mərkəzi arasında paylanması layihələri işlənməkdədir”,- deyə o qeyd edib.