...

Bakıda avtomobil sürücüsü velosiped yoluna girdi: məsuliyyətə cəlb edildi (VİDEO)

Cəmiyyət Materials 13 Fevral 2025 13:10 (UTC +04:00)
Bakıda avtomobil sürücüsü velosiped yoluna girdi: məsuliyyətə cəlb edildi (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Bakının mərkəzində minik avtomobilinin velosiped zolağı ilə hərəkət etdiyini əks etdirən videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Toğrul Nəsirli bildirib ki, velosiped zolağında hərəkət edən sürücü aşkarlanıb.

"Həmin sürücü tərəfimizdən aşkarlanaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 - 2-ci maddəsinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilib", - o qeyd edib.

Sözügedən görüntünü təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti