...

Qarlı havada 165 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Fevral 2025 16:54 (UTC +04:00)
Qarlı havada 165 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarlı havada 165 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.

Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.

Qeyd edilib ki, onlardan 13 nəfərinə cərrahi müalicə tətbiq olunub.

xxx

12:30

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti