...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 27 Fevral 2025 13:44 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə -1 dərəcədən -4 dərəcəyədək , gündüz -1 dərəcədən +2 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə -1 dərəcədən -6 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək isti, dağlarda gecə -10 dərəcədən -15dərəcəyədək, yüksək dağlıq ərazilərdə -17 dərəcədən -22 dərəcəyədək, gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq. Bəzi yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti