Bakı. Trend:
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun otolarinqoloqu Gülşən Qədirli Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Gülşən xanım, uşaqlarda qulaq kanalında yad cisim qalan zaman nə etmək lazımdır?
- Qulağa yad cisim yerləşdirmə səbəbləri xarici otit, qulaq kiri
yığılması nəticəsində narahatlıq, qəza ilə yerləşdirmə, zarafat və
maraqdır.
Böyük uşaqlarda qulaq ağrısı, narahatlıq, qıcıqlanma, kiçik
uşaqlarda isə qulaq axıntısı, qulaq ağrısı və öskürək ola bilər.
Canlı həşəratlar, nadir hallarda xarici qulaq yoluna girərək,
narahatlıq və səs küyə səbəb olur. Kanal tamam tıxanarsa, eşitmə
itkisi ilə birlikdə bəzən ağrı ortaya çıxa bilir.
Balaca körpələrdə və həssas yeniyetmələrdə yad çisimi çıxartmaq
üçün ümumi anesteziya lazım olur. Canlı yad cisimləri xarici qulaq
kanalında yerli anesteziya, yağ və ya spirtli məhlul ilə
zərərsizləşdirilir. Bitki tərkibli yabançı cisimlər su ilə təmasdan
sonra şişdiyinə görə su ilə təmas olmamalıdır. Kəskin uclu yad
cisimlər və alətlər təbil pərdəsini zədələyə bilər. Qulaqdan yad
cisimlər yalnız həkim tərəfindən kənarlaşdırılmalıdır.
- Hər dəfə duş qəbulundan sonra uşaqlarda yaranan qulaq çınlamasının səbəbi nədir?
- Qulaq kiri tıxacı, qulaq kanalında qulaq kiri yığılmasından
qaynaqlanır və eşitməni müvəqqəti olaraq azaldan bir vəziyyətdir.
Qulaq kiri sərt, yumşaq ola bilir və normalda çənənin hərəkəti ilə
parçalar halında kanaldan atılır. Tıxac yaranması isə serumeninin
həddindən artıq ifrazı zamanı olur. Sərt tüklər, epitelin
soyulması, ekzositoz, eşitmə cihazları, osteom, dar qulaq kanalı
serumen ifrazını artıran amilərdəndir. Eşitmədə azalma, kanalı tam
tutan zaman olur. Qulaq çınlaması, reflekstor öskürək, baş
fırlanması, qulaq ağrısı yarana bilər. Duş qəbulu, üzmə zamanı
qulaq kanalına su girər və kanal tıxanar, bu halda qulaqda qulaq
çınlaması və dolğunluq simptomları yaranır.
Qulağın tıxanması müxtəlif üsullarla həkim tərəfindən xaric
edilir.
- Hansı hallarda uşaqlarda kəskin xarici otit rast gəlinir?
- Xarici otit – xarici qulaq kanalının kəskin iltihabıdır. Əsas
simptomları qulaqda ağrı, eşitmənin azalması, qulaqda qaşınma
şikayətidir. Əsasən isti və nəm iqlimdə böyüyən, üzgüçülüklə
məşğul, dəri problemləri olan uşaqlarda rast gəlinir, tək tərəfli
olur. Yüksək mühüt istisi və nəmi, suya dalmanın yaratdığı dəri
maserasiyası, lokal travma (qulaq pambıq) kəskin xarici otit
yaradır.
Adətən uşaqlarda üzmə sonrası bir və ya iki qulaqda qaşıntı və ağrı
başlayır. Qulaq ağrısı qulağı hərəkət etdirdikdə, kəskin artır.
Xarici qulaq kanalını tamam bağlayacaq ödem yarana bilir və bu
eşitmə itkisi yaradır. Müayinədə xarici qulaq kanalı ödemlə
bağlanmış, çox həssasdır, qulaq kepçəsinin hərəkət etdirilməsi
ağrının şiddətini artırır. Traqusun önündə limfadenopatiya izlənə
bilər.
Qulaq kanalı çox ödemlidirsə, dərmanlı tamponlardan istifadə etmək
lazimdır.
- Qulaq seyvanının kəskin iltihablanması nədir?
- Qulağın ekzeması xüsusən uşaqlarda daha tez rast gəlinir. O,
ayrıca ola bildiyi kimi yayılan ekzemanın yerli təzahürü kimi də
meydana çıxır. Ekzemanın səbəbləri eksudativ diatez, konstitusional
anomaliyalar, uşaqlarda qidalanmanın, maddələr mübadiləsinin
pozulmaları ola bilər. Günəş şüaları da ekzema törədir. Yerli
səbəblərdən qulaqdan irinli ifrazat gəlməsini göstərmək olar.
Ekzema kəskin və xronik olur. Kəskin ekzema zamanı proses qulaq
seyvanını, xarici qulaq keçəcəyini tutur. Əvvəlcə dəridə qızartı və
şişkinlik əmələ gələrək qaşınma, göynəmə duyğusu ilə müşahidə
olunur, temperaturun yüksəlməsi az təsadüf olunur. Qaşınma
xəstəliyin gedişini pisləşdirir, iltihablaşmış dərinin
zədələnməsinə kömək edir. Tezliklə sudurlar əmələ gəlir. Onlar
partlayaraq özlərindən sonra sulanan səth qoyurlar. Sonralar
qartmaq əmələ gəlir. Bir sıra təsadüflərdə ekzema göstərilən ümumi
xəstəliklər ilə törədilmişsə proses uzanır, xroniki gedişi müşahidə
olunur. Xronik ekzema prosesin dərinin bütün qatlarına yayılması
ilə xarakterizə olunur. Belə olduqda qulaq seyvanı həcmcə böyüyür,
forması dəyişilir. Seyvanın ayrı-ayrı yerlərində qartmaqla örtülü
çatlar əmələ gəlir, qartmağın altından irinə oxşayan maye xaric
olur. Proses qulaq keçəcəyinə yayıldıqda, o, daralır. Bəzi
təsadüflərdə dərini örtən qalın çatlar şəklində pulcuqların əmələ
gəldiyi qeyd olunur. Ekzemanın diaqnozu çətin deyildir. Ekzemanı
qızılyeli iltihabından, qulaq seyvanının perixondritindən və diffuz
xarici otitdən fərqləndirmək lazımdır. Kəskin ekzemanın proqnozu
yaxşıdır. Xronik ekzemalar dedikcə inadkar olur, residivlər verir.
Ekzemanı müalicə edərkən endogen və ekzogen amilləri nəzərə və
onlara təsir etmək lazımdır. Qulaqdan irin gəlməsinin ekzemanı
uzatdığını nəzərə alıb onunla mübarizə aparmaq tələb olunur.
Perixondirit və xondrit qığırdağın infeksiyası, əsasən seyvanın
yaralanması və ya cərrahi travmasına bağlı olaraq olur. Ağrı və
xarici qulaq kanalında şiddətli qaşıntı başlıca şikayətdir. Qulaq
seyvanı üzərindəki dəri həssas, şiş və ödemlidir. Şiddətli
vəziyyətlərdə, təsir nahiyəsində qabıqlanma olur.
- Xarici qulaq xəstəlikləri zamanı nə vaxt KT və MRT istifadə olunur?
- Xarici qulaq xəstəliklərindən olan bəd xassəli xarici otit –
xarici qulaq kanalı, gicgah sümüyü, kəllə əsasını tutan bir
infeksiyadır. Xəstəlik xarici qulaq kanalından başlayar və gicgah
sümüyünün osteomiyeliti olaraq davam edər. Xəstəlik zaman keçdikcə
bəzi kəllə sinirləri zədələyə bilir.
Bəd xassəli otitin diaqnozu və izlənilməsində KT və MRT müayinəsi
ən dəqiq görüntülənmə üsuludur. Görüntülənmədə ilk olaraq yüksək
rezonaslı KT istifadə olunur. Xəstəlik irəliləməsi ilə birlikdə
mastoid havalı hücrələrdə opasifikasiya, timpanik halqada
destruksiya, xarici qulaq kanalında osteomielit izlənilir.
Xəstəliyin kəllə əsasına yayılması ilə birlikdə, gicgah sümüyü,
kəllə əsasə osteomiyeliti simptomları ortaya çıxar. KT-də sümük
eroziyası və sümük nazikləşməsini görülür. Əsasən 30% və üzəri
sümük demineralizasiyası varlığı KTi-də görülür. KT fasiyal kanal,
jugular foramen, karotit kanal yeyilmələri və sümük içərici
mikroapselərin təspitində fayadlıdır. MRT müayinəsi əsasən sümük
xarici infeksiyanın yayılmasını dəyərləndirmədə faydalıdır. Dura və
kəllə əsası, beyin apsesi, karnial sinir, damar yayılmaları və
sinus trombozlarının təsbitində MRT, MRT-angioqrafiya və
MRT-venoqrafiya istifadə olunur.
- Körpələrdə hansı eşitmə testi tətbiq olunur?
- Yeni doğulmuşlarda eşitmənin skininq müayinəsinin əsas məqsədi
eşitmə itkisi ilə doğulan körpələrin erkən vaxtda aşkarlanması və
reabiltasiyasına başlamaqdan ibarətdir.
Risk faktorlarına qohum evliliyi, ananın hamiləlik dövründə
keçirtdiyi yoluxucu xəstəliklər, toksoplazmoz, rubella, xlamidiya,
sitomeqalovirus, herpes, körpənin 35 həftədən erkən doğulması,
çəkisinin 1500 qramdan az olması, küveyzdə qalması, patoloji
sarılıq keçirtməsi və s. aiddir.
Yenidoğulmuşların skrininq müayinəsi doğumun üçüncü sutkasından
28-ci günə qədər aparılır. Doğumdan 3 yaşına kimi olan müddətdə
uşaqlarda danışma və dil inkişafı baxımından önəmlidir. Eşitmənin
skrininq müayinəsi edilmədiyi təqdirdə eşitmə itkisi vaxtında aşkar
edilmir. Skrininq edilməyən körpələrin ailəsi eşitmə itkisini ən
erkən 18 aylığında hiss edə bilər. Eşitmə itkisi 6 ayında
təsdiqləndikdə eşitmə cihazı taxılmalıdır.