...

Xankəndidə internetlə təmin olunan obyekt və evlərin sayı məlum olub

Cəmiyyət Materials 18 Mart 2025 15:35 (UTC +04:00)
Xankəndidə internetlə təmin olunan obyekt və evlərin sayı məlum olub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Hazırda Xankəndi şəhərində 94 biznes subyekti və 1209 ev təsərrüfatı yüksək sürətli internet xidməti ilə əhatə olunub.

Trend xəbər verir ki, bunu Aztelekom MMC-nin mətbuat katibi Alidə Mustafayeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayış yerləri internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır”.

O bildirib ki, vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xankəndi şöbəsinə həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti