...

Bayram günlərində qidadan zəhərlənənlərin sayı açıqlandı

Cəmiyyət Materials 21 Mart 2025 10:41 (UTC +04:00)
Bayram günlərində qidadan zəhərlənənlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günlərində 12 nəfər qidadan zəhərlənib.

Bunu Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.

"Bayram günlərində (18.03.2025-ci il tarixindən 21.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 12 nəfər qəbul edilib.

Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti