...

Bayram günlərində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı AÇIQLANIB

Cəmiyyət Materials 27 Mart 2025 18:01 (UTC +04:00)
Bayram günlərində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı AÇIQLANIB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

"Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub. Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib", - məlumatda deyilir.

Qeyd edilib ki, daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.

"Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub", - deyə TƏBİB-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti