Bakı. Trend:
16 aprel G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.
Trend xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, digər TKA-nın da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var.
Eyni zamanda, proqnoz günlərində (15-20 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 80%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
"Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliyi Axınlarının təsiri ilə 17 aprelədək yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin sürətinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 16 apreldə gözlənilən TKA-nın təsiri ilə artacağı gözlənilir",- deyə məlumatda qeyd edilib.