...

Daşkəsəndə meşəlik ərazidə itkin düşən şəxs tapıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 5 May 2025 16:18 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daşkəsənin Bayan kəndində meşəlik ərazidə itkin düşən şəxs tapılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin yeri müəyyəb olunub.

Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Onun həyatı üçün təhlükə yoxdur.

XXX

15:15

Daşkəsənin Bayan kəndində 1 nəfər meşəlik ərazidə itkin düşüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.

"Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti