...

Dövlət sərhədini pozmağa cəhd edənlər ələ keçdi (FOTO)

Cəmiyyət Materials 14 May 2025 10:58 (UTC +04:00)
Dövlət sərhədini pozmağa cəhd edənlər ələ keçdi (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti