...

Ötən 2 gündə polis əməkdaşları tərəfindən itkin düşən 12 nəfər tapılıb

Cəmiyyət Materials 9 İyun 2025 12:30 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ötən 2 gündə polis əməkdaşları tərəfindən itkin düşən 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti