Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +20 dərəcədən +22 dərəcəyədək, gündüz +27 dərəcədən +32 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 35-40% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi küləyi əsəcək.
Havanın temperaturu gecə +17 dərəcədən +22 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.