...

Azərbaycanda ötən il auditdən keçməyən bələdiyyələrin sayı açıqlanıb

İqtisadiyyat Materials 10 İyun 2025 12:24 (UTC +04:00)
Azərbaycanda ötən il auditdən keçməyən bələdiyyələrin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 1436 bələdiyyə məcburi audit subyekti olub.

Bu barədə Trend Auditorlar Palatasına istinadən xəbər verir.

Ötən il auditdən keçmiş bələdiyyələrin sayı 4,7% azalaraq 709-a düşüb.

Eyni zamanda, onların xüsusi çəkisi 46,3%-dən 49,4%-ə çatıb.

Beləliklə, 2024-cü il üzrə ölkədə bələdiyyələrin 50,6 %-i auditdən keçməyib.

Qeyd edək ki, 2024-cü il ərzində respublika üzrə 5432 məcburi audit subyektindən 3176-sı (58,5%) auditdən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti