...

Bellingemin yeni klubu bəlli oldu

İdman Materials 10 İyun 2025 17:15 (UTC +04:00)
Bellingemin yeni klubu bəlli oldu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın "Borussiya" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər verir ki, Dortmund təmsilçisi "Sanderlend"dən Cob Bellingemi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Borussiya" 19 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 33+5 milyon avro təzminat ödəyəcək. İngiltərə U-21 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Cob Bellingem "Real"da çıxış edən Cud Bellingemin qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti