Bakı. Trend:
"Qarabağ" futbol klubu əlcəzairli Yassin Benzia və kabo-verdeli Patrik Andrade ilə yollarını ayırıb.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Futbolçuların müqaviləsi başa çatıb və tərəflər yeni müqavilə imzalamaq qərarına gəlməyiblər.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ildə Fransanın "Dijon" klubundan "Qarabağ"a transfer olunmuşdu. Patrik Andrade isə 2023-cü ildə Serbiyanın "Partizan" klubundan "Qarabağ"a qayıtmışdı.