...

"Yuventus" İqor Tudorla müqaviləni uzatmağa hazırlaşır

İdman Materials 12 İyun 2025 01:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Yuventus" baş məşqçisi İqor Tudorla yeni müqavilə imzalamağa yaxındır.

Trend-in məlumatına görə, Xorvatiyalı mütəxəssislə razılaşmanın FİFA Klublararası Dünya Çempionatına qədər rəsmiləşdirilməsi planlaşdırılır. Yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

Tudor bu ilin mart ayının sonunda Turin klubunun sükanı arxasına keçib. Onun rəhbərliyi ilə “Qoca sinyora” A Seriyasını 4-cü pillədə başa vurub və növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququ qazanıb.

"Yuventus" klublararası dünya çempionatında "Mançester Siti" (İngiltərə), "Əl-Ayn" (BƏƏ) və "Vidad" (Mərakeş) klubları ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti