Bakı. Trend:
"Qarabağ" klubunda daha bir futbolçu ilə vidalaşma baş verib.
Trend-in məlumatına görə, Ağdam təmsilçisi 27 yaşlı yarımmüdafiəçi İsmayıl İbrahimli ilə yollarını ayırıb.
Son iki mövsümdə icarə əsasında "Zirə" klubunda çıxış edən futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.