Bakı. Trend:
2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm respublika və beynəlxalq idman tədbirləri keçirilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 192 km məsafəni əhatə edən II Xankəndi ultramarafonu, III MDB Oyunları çərçivəsində kamandan oxatma üzrə yarış, 11-ci Vüqar Həşimov Memorialı yarışı. Bundan əlavə, Mingəçevir və Suqovuşan şəhərlərində “Prezident Kuboku–2025” beynəlxalq turniri keçirilib.
Ötən il ərzində Azərbaycanda 165 ölkə miqyaslı və 71 beynəlxalq miqyaslı yarış təşkil edilib, 727 beynəlxalq miqyaslı yarışda ölkənin yığma komandalarının iştirakı təmin olunub.
İlkin məlumatlara görə 2026-cı ilin əvvəlinə ölkədə idman qurğularının sayı 12,0 mini keçib.
