...

Timoşenko girov pulunu ödəyə bilməyəcəyini açıqladı

Dünya xəbərləri Materials 19 Yanvar 2026 18:33 (UTC +04:00)
Timoşenko girov pulunu ödəyə bilməyəcəyini açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko məhkəmə tərəfindən müəyyən edilmiş 33,3 milyon qrivna (təxminən 760 min ABŞ dolları) məbləğində girovu ödəyə bilmədiyini bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Timoşenkonun sözlərinə görə, əvvəlki məhkəmə iclasından sonra maliyyə monitorinqi səbəbindən onun bank əməliyyatları faktiki olaraq bloklanıb ki, bu da müəyyən edilmiş müddətdə vəsaitin köçürülməsini mümkünsüz edir.

O əlavə edib ki, tələb olunan məbləğin hətta bir hissəsini belə köçürə bilmir.

Siyasətçinin fikrincə, ona məqsədli şəkildə maneələr yaradılır ki, 21 yanvar tarixinədək tələb olunan girovu ödəyə bilməsin və nəticədə həbsə alınsın.

Qeyd edək ki, yanvarın 16-da Ukrayna məhkəməsi “Batkivşina” Partiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı 33 milyon qrivna məbləğində girov şəklində qətimkan tədbiri seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti