...

İranla gərginlik fonunda ABŞ Yaxın Şərq səfirliklərinin işçilərini çıxarmağa başlayıb

Dünya xəbərləri Materials 12 İyun 2025 09:16 (UTC +04:00)
İranla gərginlik fonunda ABŞ Yaxın Şərq səfirliklərinin işçilərini çıxarmağa başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranla artan diplomatik gərginlik fonunda ABŞ Yaxın Şərq ölkələrindən, o cümlədən, İraqdan diplomatik nümayəndəliklərində çalışan əməkdaşları çıxarmağa başlayıb.

Trend-in “Reuters”ə istinadən xəbərinə görə, bu haqda ABŞ prezidenti Donald Tramp özü açıqlama verib.

Tramp Yaxın Şərqin “təhlükəli bir yer” ola biləcəyini deyərək, Birləşmiş Ştatların İrana nüvə silahı əldə etməsinə imkan verməyəcəyini əlavə edib.

Bundan əvvəl “Reuters” “yüksək təhlükəsizlik riskləri” ilə əlaqədar ABŞ hökumətinin İraq səfirliyinin qismən təxliyəsini həyata keçirməyə hazırlaşdığı xəbərini yaymışdı.

Agentliyin məlumatına əsasən, Dövlət Departamenti Bəhreyn və Küveytdəki diplomatik missiyalarına ölkəni könüllü sürətdə tərk etmələrinə icazə verib.

Bu barədə xəbərlər neft qiymətlərinin 4 faizdən çox bahalaşmasına yol açıb.

ABŞ-nin bəzi əməkdaşlarını təxliyə etmək qərarı regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. Trampın İranla nüvə sazişi əldə etməyə yönəlmiş səyləri dalana dirənmiş kimi görünür və ABŞ kəşfiyyatının məlumatına görə, İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlıq görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti