...

Küveytdə 200 kiloqram metamfetamin müsadirə edildi

Dünya xəbərləri Materials 12 İyun 2025 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Küveytin hüquq-mühafizə orqanları 200 kiloqram metamfetamin müsadirə edib.

Trend-in məlumatına görə, bu barədə Küveytin rəsmi KUNA agentliyi xəbər yayıb.

Məlumata əsasən, narkotik maddənin ümumi dəyəri 4,8 milyon dollar civarındadır.

Küveyt Daxili İşlər Nazirliyi bildirib ki, bu, ölkədə həyata keçirilən ən irimiqyaslı narkotik əməliyyatlarından biridir. Hazırda faktla bağlı araşdırma aparılır və məsul şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti