Bakı. Trend:
“Fənərbaxça” qapıçısı İrfan Can Eyribayatı icarəyə verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, qolkiper mövsümün sonuna kimi “Samsunspor”da çıxış edəcək. Bu barədə Samsun təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Superliqa klubu mövsümün sonunda 1.2 milyon avro ödəməklə qapıçının transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, 27 yaşlı qapıçı bu mövsüm "Fənərbaxça"da 6 oyuna çıxıb və 7 qol buraxıb.
