...

"Liverpul" macarıstanlı yarımmüdafiəçi ilə anlaşdı

Dünya xəbərləri Materials 10 Yanvar 2026 16:41 (UTC +04:00)
"Liverpul" macarıstanlı yarımmüdafiəçi ilə anlaşdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Liverpul" Dominik Soboslayı uzun illər komandada saxlamaq istəyir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə çempionu macarıstanlı futbolçunun müqaviləsinin müddətini uzatmağın planlaşdırır.

Artıq Soboslayla razılıq əldə olunub. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yaxın günlərdə yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, "Liverpul" Dominik Soboslayı 2023-cü ilin yayında "Leyptsiq"dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti