...

Argentina millisinin müdafiəçisi "Yuventus"un hədəfində

İdman Materials 10 Yanvar 2026 14:00 (UTC +04:00)
Argentina millisinin müdafiəçisi "Yuventus"un hədəfində
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Bornmut"un müdafiəçisi Markos Senesi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Senesinin "Bornmut"la 6 aylıq müqaviləsi qaldığı üçün başqa klublarla danışıq apara bilər. 28 yaşlı mərkəz müdafiəçisinin meneceri yaxın vaxtlarda Turinə gedərək "Yuventus"la sözləşmə şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, "Bornmut" Markos Senesini 2022-ci ilin yayında "Feyenoord"dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol ötürməsi edib.

Xəbər lenti

Xəbər lenti