...

İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var

Dünya xəbərləri Materials 10 Yanvar 2026 16:11 (UTC +04:00)
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində miqrantları daşıyan rezin qayıq batıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, hadisə Dikilinin Bademli ərazisində baş verib. Qayıqda olan 45 nəfərdən 37-si Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, bir nəfərin isə cansız bədəni sudan çıxarılıb.

Faciə bölgəsinə dərhal bir sahil mühafizəsi helikopteri və iki xilasedici qayıq cəlb olunub. Hazırda itkin düşdüyü ehtimal edilən 7 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti