Bakı. Trend:
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərdə qar yağır.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 17:00-a olan məlumatında qeyd olunub.
Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz,
Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay,
Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan,
Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay
(Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti
Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və
Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə 15 m/s-dək
güclənir.
