...

Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib

Cəmiyyət Materials 10 Yanvar 2026 17:06 (UTC +04:00)
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialara münasibət bildirib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.

Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri paylaşımında yaşayış kompleksindəki binaların əyildiyini iddia etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti