...

“The Beach Boys”un qurucusu Brayan Vilson vəfat edib

Dünya xəbərləri Materials 12 İyun 2025 05:25 (UTC +04:00)
“The Beach Boys”un qurucusu Brayan Vilson vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı musiqiçi, “The Beach Boys” rok qrupunun əsas yaradıcılarından biri olan Brayan Vilson 82 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə musiqiçinin ailəsi sosial şəbəkədə məlumat yayıb. Ölüm səbəbi açıqlanmayıb, lakin 2024-cü ildə Vilsonun neyrokoqnitiv pozğunluqdan əziyyət çəkdiyi bildirilmişdi.

Brayan Vilson 1961-ci ildə qardaşları və dostu ilə birlikdə əvvəlcə “Pendletones” adı altında musiqi qrupu yaradıb. Sonradan bu kollektiv “The Beach Boys” adını alaraq “Surfin’ USA”, “I Get Around”, “Help Me, Rhonda” və “Good Vibrations” kimi əfsanəvi hitlərlə rok musiqisi tarixində iz qoyub.

1990-cı illərdən sonra Vilson solo karyerasına start verərək “Brian Wilson Presents Smile” (2004), “No Pier Pressure” (2015) kimi albomlar buraxıb. İki “Grammy” mükafatı laureatı olan sənətçi 2021-ci ildə musiqi kataloqunun hüquqlarını 50 milyon dollara “Universal” şirkətinə satmışdı. 2022-ci ildə isə “Chicago” qrupu ilə birgə son turnesini həyata keçirib.

Brayan Vilson pop musiqisində harmoniya və innovasiyanın simvoluna çevrilmiş, nəsillərin yaddaşında silinməz iz buraxmış sənətkarlardan biri olaraq xatırlanacaq.

Xəbər lenti

Xəbər lenti