...

Türkiyədə şənlik mərasimində 39 nəfər qidadan zəhərlənib

Dünya xəbərləri Materials 12 İyun 2025 05:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Amasya şəhərində keçirilən şənlik mərasimində 39 nəfər qidadan zəhərlənib.

Trend-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə iyunun 10-da axşam saatlarında Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində baş verib.

Ziyafət zamanı qonaqlara toyuq ətindən hazırlanmış yemək təqdim olunub. Yeməkdən sonra iştirakçılar arasında ürəkbulanma, qarın ağrısı və qusma halları müşahidə olunub.

Zəhərlənən şəxslər təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onların səhhətinin hazırda qənaətbəxş olduğu bildirilir.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti