Bakı. Trend:
"Bayer" PSJ-nin müdafiəçisi Aksel Tapı rəsmən transfer edib.
Trend-in məlumatına görə, 17 yaşlı Aksel Tap ötən həftə PSJ-nin U19 komandası ilə Fransa çempionu olub.
O, 2024/25 mövsümündə Paris klubunun əsas komandasında da 3 oyuna çıxıb.
Futbolçu "Bayer" Leverkuzen ilə uzunmüddətli müqavilə imzalayıb və kluba azad agent statusu ilə, yəni pulsuz keçib.