...

Danimarka Parlamenti ABŞ ordusuna ölkədə geniş səlahiyyətlər verən sazişi təsdiqlədi

Dünya xəbərləri Materials 12 İyun 2025 04:03 (UTC +04:00)
Danimarka Parlamenti ABŞ ordusuna ölkədə geniş səlahiyyətlər verən sazişi təsdiqlədi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka Parlamenti (Folketinq) ABŞ ordusuna ölkə ərazisində geniş hüquqlar tanıyan və üç strateji hava bazasına – Karup, Skrıdstrup və Olborqa – maneəsiz giriş imkanı verən yeni müdafiə sazişini təsdiqləyib.

Trend-in “The Guardian”a istinadən verdiyi məlumata görə, saziş 2023-cü ilin dekabrında ABŞ Prezidenti Cozef Baydenin administrasiyası ilə razılaşdırılıb və amerikalı hərbi qüvvələrin Danimarkada yerləşdirilməsi, təlim keçməsi və əməliyyatlar aparmasını nəzərdə tutur.

Sazişə əsasən, Danimarkada cinayət törədən ABŞ hərbçiləri birinci növbədə Amerika qanunvericiliyinə tabe olacaqlar, bu isə onların Danimarka hüquq sistemi qarşısında məsuliyyət daşımasını arxa plana keçirir.

Sənəd ölkədə ciddi tənqidlərə səbəb olub. Hüquq müdafiəçiləri və bir sıra siyasətçilər bu razılaşmanın Danimarkanın suverenliyinə zidd olduğunu bildiriblər. Solçu “Birlik Siyahısı” partiyasının lideri Pelle Draqsted sazişi “Danimarkanın ziyanına olan sənəd” adlandıraraq, onun ölkədə yerli hakimiyyətin nəzarət etmədiyi zonalar yarada biləcəyini deyib.

Bütün etirazlara baxmayaraq, saziş parlamentdə böyük üstünlüklə qəbul olunub – 94 deputat lehinə, 11-i isə əleyhinə səs verib.

Danimarka İnsan Haqları İnstitutu da xəbərdarlıq edib ki, qanun ABŞ hərbçilərinə etiraz aksiyalarının qarşısını almağa və səlahiyyətlərindən sui-istifadə halında məsuliyyətdən yayınmağa şərait yarada bilər.

Xəbər lenti

Xəbər lenti