...

Azərbaycan güləşçiləri U17 Avropa çempionatında 5 medalla 3-cü oldular (FOTO)

İdman Materials 11 İyun 2025 22:25 (UTC +04:00)
Azərbaycan güləşçiləri U17 Avropa çempionatında 5 medalla 3-cü oldular (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Trend-in məlumatına görə, yarışın üçüncü günündə Abdurrahman Hüseynli (45 kq) finalda gürcü rəqibi Saba Abaşidzeni vaxtından əvvəl — 9:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. 15 yaşlı güləşçi qarşılaşmanı hələ ilk hissədə tamamlayıb.

Elşad Abbasov (51 kq) isə bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaçaya 1:3 hesabı ilə məğlub olaraq beşinci yerlə kifayətlənib.

Əli Nəzərov (60 kq) finalda Ermənistan təmsilçisi Hayk Manukyanla qarşılaşıb və 3:11 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan yığması yunan-Roma güləşi üzrə yarışları 2 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Daha əvvəl Rihad İbrahimli (110 kq) qızıl, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) isə bürünc medal qazanmışdılar.

Millimiz 116 xal toplayaraq komanda hesabında 3-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti