...

Dünyada 137 milyon uşaq əməyə cəlb olunub - Beynəlxalq Əmək Təşkilatı

Dünya xəbərləri Materials 12 İyun 2025 09:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə 137,6 milyon uşaq əməyə cəlb olunubsa, BMT-nin 2030-cu ildəki hədəfinə nail olmaq real görünmür.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) açıqlanmasında deyilir.

Agentlik bildirir ki, 2015-ci ildə bəşəriyyət 2025-ci ilədək uşaq əməyinin ləğv edilməsini qarşıya məqsəd qoymuşdu. Bu sahədə yaxşılaşma olsa da, məqsədə nail olunmayıb. 2020-ci ildə dünyada 160 milyondan çox uşağın əməyindən istifadə edilirdisə, 2024-cü ildə göstərici 137,6 milyon nəfərə düşüb.

2020-ci ildə koronavirus pandemiyası zamanı uşaq əməyinin istismarı kəskin şəkildə artsa da, son 2 ildə azalma tendensiyası müşahidə olunur. Bunun səbəbi bir çox ölkədə milli qanunvericiliyin sərtləşməsidir.

Xəbər lenti

Xəbər lenti