Bakı. Trend:
"Liverpul" uruqvaylı hücumçu Darvin Nunyesin transferi üçün tələb etdiyi məbləği açıqlayıb.
Trend-in məlumatına görə, "qırmızılar" 25 yaşlı futbolçunu 70 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.
Qeyd olunur ki, qış transfer dönəmində Nunyesə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu maraq göstərib. Lakin futbolçu karyerasını Səudiyyə Ərəbistanında deyil, Avropada — konkret olaraq İtaliya və ya İspaniyada davam etdirmək istəyir.
Darvin Nunyesin Madrid "Atletiko"sunun transfer siyahısında olduğu, tərəflər arasında qiyabi razılığın artıq əldə edildiyi bildirilir.
Xatırladaq ki, Nunyes ötən mövsüm "Liverpul"un heyətində 47 oyuna çıxaraq 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.