...

"France Football" 40 ildən sonra "Super Qızıl top"u yenidən təqdim edə bilər

İdman Materials 12 İyun 2025 00:18 (UTC +04:00)
"France Football" 40 ildən sonra "Super Qızıl top"u yenidən təqdim edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"France Football" jurnalı "Super Qızıl top" mükafatının növbəti dəfə təqdim olunması ilə bağlı müzakirələr aparır.

Trend-in məlumatına görə, bu mükafat indiyədək yalnız bir dəfə – 1989-cu ildə təqdim olunub. Həmin vaxt son 30 ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə təsis edilən mükafata Alfredo Di Stefano layiq görülmüşdü. O, səsvermədə Yohan Kroyf və Mişel Platini kimi əfsanələri geridə qoymuşdu.

Məlumata görə, təşkilatçılar bu ideyanı yenidən gündəmə gətiriblər. "Super Qızıl top"un bu dəfə müasir dövrün ən güclü futbolçusunu müəyyən etmək üçün 2029-cu ildə, yəni ilk təqdimatdan 40 il sonra yenidən təqdim olunması ehtimalı müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti