Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışı keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Milli komandamız iyunun 25-də Minsk şəhərinə yollanacaq və burada iyunun 28-də, eləcə də iyulun 1-də Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı barədə məlumat hələlik açıqlanmayıb.