Bakı. Trend:
Cibuti sahillərində miqrantları daşıyan qayığa quldurların hücumu nəticəsində azı 8 nəfər həyatını itirib, daha 22 nəfər isə itkin düşüb.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) iyunun 11-də yaydığı bəyanatda məlumat verib.
Bildirilib ki, təxminən 150 nəfəri daşıyan qayıq iyunun 5-də açıq dənizdə quldurlar tərəfindən saxlanılıb. Daha sonra silahlı şəxslər sərnişinləri zorla dənizə atmağa məcbur ediblər. Üzə bilməyən və sahilə çata bilməyən insanlar boğularaq həlak olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, indiyədək 5 nəfərin cəsədi tapılıb.
Hadisənin motivi barədə hələlik rəsmi məlumat verilməyib.