...

UFC Braziliya ciu-citsusu üzrə yeni turnir seriyasına start verir

İdman Materials 12 İyun 2025 02:41 (UTC +04:00)
UFC Braziliya ciu-citsusu üzrə yeni turnir seriyasına start verir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mütləq Döyüş Çempionatı (UFC) Braziliya ciu-citsusu (BJJ) üzrə özünün yeni turnir seriyasına – “UFC BJJ” liqasına start verib.

Trend xəbər verir ki, bu seriya çərçivəsində ilk turnir – “UFC BJJ 1” – iyunun 25-də keçiriləcək.

Debüt tədbirində ən yüngül, yüngül və orta çəki dərəcələrində çempionlar müəyyənləşəcək.

Turnirin əsas qarşılaşması Mayki Muzumeçi və Rerisson Qebriel arasında baş tutacaq. Bu döyüş, UFC-nin gi (qiyafə ilə) və no-gi (qiyafəsiz) BJJ formatlarına artan marağının fonunda təşkil olunan ilk böyük tədbir kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti