Bakı. Trend:
"Qarabağ" futbol klubu monteneqrolu müdafiəçi Marko Veşoviçlə yollarını ayırıb.
Trend xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub bir müddət əvvəl əlcəzairli Yassin Benzia və yaşıllıksaqalı Patrik Andrade ilə də vidalaşdığını açıqlamışdı.
Qeyd edək ki, Marko Veşoviç 2023/2024 mövsümündə "Qarabağ"ın heyətində 31 oyunda çıxış edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.