Bakı. Trend:
Brent markalı neftin yaxın fyuçerslərinin qiyməti bir barel üçün 68 dollara yüksəlib.
Trend-in məlumatına görə, bunu ticarət platformalarının göstəriciləri təsdiqləyir.
Belə ki, qiymət 1,94% artaraq 68,17 dollara çatıb. Günün ortalarında təxminən 66,5 dollar olan qiymət, sonradan bazarlardakı artım tendensiyası fonunda kəskin yüksəlib.
Neftin bahalaşmasına ABŞ Prezidenti Donald Trampın Çinlə ilkin ticarət razılaşması barədə verdiyi açıqlamalar səbəb olub. Tramp bildirib ki, Pekin yeni saziş çərçivəsində nadir torpaq metalları və digər təbii ehtiyatları tam şəkildə “əvvəlcədən” tədarük edəcək. Bu açıqlama investorlar tərəfindən müsbət qarşılanıb və nəticədə neft bazarlarında artıma səbəb olub.