...

Salyanda tövlə və talvar yanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 11 İyun 2025 21:09 (UTC +04:00)
Salyanda tövlə və talvar yanıb (ƏLAVƏ OLUNUB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Salyan rayonunun Qardili kəndində yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 300 m² olan tövlənin, yaxınlıqda yerləşən sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları və talvarın içərisində yığılan 7 ton ot bağlaması yanıb.

Hadisə zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

18:38

Salyanda tövlədə yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bidirilir ki, yanğın hadisəsi rayonun Qardili kəndi ərazisində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti