Bakı. Trend:
Çin, Tayvanla diplomatik əlaqələri olmayan 53 Afrika ölkəsindən idxal edilən bütün mallara 100 faiz rüsum güzəşti tətbiq etmək qərarına gəlib.
Trend-in məlumatına görə, bu razılaşma iyunun 11-də Çinin Çanşa şəhərində keçirilən Çin–Afrika İqtisadi və Ticarət Forumu çərçivəsində imzalanan “Çin–Afrika Həmrəylik Bəyannaməsi”ndə öz əksini tapıb.
Bəyannaməyə əsasən, Çinin Afrika ilə ticarət dövriyyəsi 2024-cü ildə 6%-dən çox artaraq 288 milyard dollara çatıb. Buna baxmayaraq, Afrika qitəsinin Çinin ümumi ticarətindəki payı hələ də 4,7 faiz səviyyəsində qalır.
Yeni qərar Pekinin Afrika ölkələri ilə iqtisadi inteqrasiyanı dərinləşdirmək və bu qitədən idxalı təşviq etmək niyyətini nümayiş etdirir.