...

Millimiz Gürcüstanla heç-heçə edib

İdman Materials 10 İyun 2025 20:20 (UTC +04:00)
Millimiz Gürcüstanla heç-heçə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Trend xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Belə ki, oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.

Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti