...

Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna qoşulmasına səy göstəriləcək – Yeni səfir

İqtisadiyyat Materials 10 İyun 2025 11:39 (UTC +04:00)
Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna qoşulmasına səy göstəriləcək – Yeni səfir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti dəmiryolunun Azərbaycanın dəmiryoluna birləşməsinə səy göstəriləcək.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı yeni səfiri Muctaba Dəmirçilu İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə ilə görüşdə bildirib.

Onun sözlərinə görə, həm dəmiryolu xəttinin birləşdirilməsi, həm də dəmiryolu terminalının tikilməsi diqqət mərkəzində saxlanılacaq.

"İran və Azərbaycan arasında qarşılıqlı münasibətlərdə Ərdəbil vilayəti əhəmiyyət kəsb edir. Bu vilayətin imkanları və potensialı iki ölkənin münasibətlərinin güclənməsində önəmli rola sahibdir", - deyə o qeyd edib.

Qeyd edək ki, İran Azərbaycana Muctaba Dəmirçilunu İran səfiri kimi təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti