Bakı. Trend:
Avstriyanın Qrats şəhərinin Lend rayonunda yerləşən məktəbdə atışma baş verib.
Trend xəbər verir ki, bu haqda yerli “Krone” nəşri məlumat yayıb.
Məlumata əsasən , insident nəticəsində azı, hücumu həyata keçirənin özü daxil olmaqla, 11 nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir. Ölənlərdən yalnız biri yetkin şəxsdir, qalan qurbanların şagirdlər olduğu deyilir.
Əraziyə səfərbər olunan polis qüvvələri binanı mühasirəyə alıb, içəridə təhlükəsizlik tədbirləri həyata keçirilir.
İlkin məlumata görə, silahlı hücumu həyata keçirən şəxs məktəbin tualetlərindən birində ölü vəziyyətdə aşkarlanıb. İntihar etdiyi güman edilən həmin şəxsin məktəb şagirdlərindən biri olduğu deyilir.