Bakı. Trend:
Son günlər bəzi sosial şəbəkə səhifələrində Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən və cari ilin mart ayında istifadəyə verilən avtomobil körpüsündə guya çat və çökmələrin olması ilə bağlı məlumatlar yayılır.
Trend xəbər verir ki, bu barədə AAYDA-ya istinadən xəbər verir.
Bildirilib ki, rəsmi olaraq bildiririk ki, bu məlumatlar
həqiqəti əks etdirmir və körpüdə hər-hansı problem müşahidə
olunmur. Yayılan videodan da aydın görünür ki, problem körpüyə
yanaşma yollarındadır.
Məlumat üçün bildirək ki, agentliyimiz tərəfindən sözügedən ərazidə
yalnız yeni körpünün inşası işləri həyata keçirilib, yanaşma
yollarında hər hansı bir təmir-bərpa işi icra olunmayıb.
Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə
hərəkət intensivliyinə uyğun olaraq, mövcud yolun
genişləndiriləcəyi nəzərə alınmaqla körpü 4 hərəkət zolaqlı olmaqla
inşa edilib.
Onu da bildirək ki, yanaşma yollarının körpüyə uyğun 4 hərəkət
zolaqlı olmaqla yenidən qurulması ilə bağlı təkliflər agentliyimiz
tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.