...

Aktiv ƏDV ödəyicilərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 10 İyun 2025 11:18 (UTC +04:00)
Aktiv ƏDV ödəyicilərinin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbvaycanda aktiv vergi ödəyicilərinin sayı 818,5 min nəfərə çatıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 1,4 faiz çoxdur.

Bundan başqa, cari ilin iyunun 1-nə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı isə 4,8 faiz artaraq 55,3 min təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,8 faiz artıb və 225,7 min olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti